Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Sudan xarici işlər naziri Əli as-Sadik arasında keçirilən görüşdə iki ölkə arasında yaxın gələcəkdə diplomatik əlaqələrin bərpası və səfirliklərin açılması barədə qərar qəbul edilib.
Milletinsesi.az-a görə, Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan rəsmi səfərdə olduğu Əlcəzairdə keçirilən mətbuat konfransında bildirib.
Hüseyn Əmir Abdullahiyan deyib ki, sudanlı həmkarıyla Bakıda keçirilən görüşdə bu barədə razılığa gəliblər.