Masallıda 15 yaşlı yeniyetmə suda boğularaq öldü

Masallı rayonunda 15 yaşlı oğlan suda boğularaq ölüb.

 

Modern.az-ın xəbərinə görə, hadisə rayonun Qəriblər kəndində qeydə alınıb.

 

Belə ki, 2008-ci il təvəllüdlü Nurlan Novruzov Viləşçay su tutumunda çimərkən boğulub.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mənbə

Share: