Səfir Nazim Səmədov ADU-nun qonağı olub

İyulun 5-də Azərbaycan Respublikasının Mərakeş Krallığında fövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

 

Modern.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan və Mərakeş arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Bildirilib ki, ölkələrimiz ikitərəfli müstəvidə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir.

 

Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU-nun beynəlxalq əlaqələrin qurulmasında rolundan və əməkdaşlıq çərçivəsində yeni imkanların yaranmasından söhbət açıb. Qeyd olunub ki, iki ölkə arasında elmi və mədəni əlaqələrin bundan sonra da inkişafı və mübadiləsi üçün pespektivlər mövcüddur. Səfir Mərakeş və Azərbaycanın gələcək elmi əməkdaşlığını yüksək qiymətləndirib və mədəni mübadilənin önəmini qeyd edib. Bildirilib ki, Mərakeşdə Azərbaycan dili və mədəniyyətinin təbliği istiqamətində  bir sıra tədbirlər keçirilir. Bu mənada Azərbaycan Dillər Universiteti və Mərakeş universitetlərinin biri ilə əməkdaşlıq əlaqələri qurula bilər.

 

Görüş elmi və mədəni əlaqələrin müzakirəsi ilə davam edib.

 

Mənbə

Share: