“F-16 məsələsinin İsveçlə əlaqələndirilməsi bizi kədərləndirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Cənab Bayden deyir ki, (F-16 ilə bağlı) mən bacardığım bütün vasitələri səfərbər edirəm. Terrora qarşı qətiyyətli mövqeyimiz var. F-16 məsələsində iki ölkə olaraq burada atacağımız addımlarla bütün NATO düşmənlərinə qarşı güclü olacağıq. F-35 üçün ödəniş etmişik. Ödəmələrimizin qarşılığını almadıq. Bunun İsveçlə əlaqəli olması bizi kədərləndirir”. – Türkiyə lideri bildirib.
Prezident Ərdoğan İsveçin NATO üzvlüyü ilə bağlı bunları söyləyib:
“İsveç üçün proses davam edir. Biz vədlərimizin yerinə yetirilməsini istəyirik. Stoltenberq və İsveç baş naziri ilə görüşəcəyik.
Zirvə toplantısında (NATO) Türkiyəyə qarşı sanksiyalar və məhdudiyyətlər qoyan müttəfiqlərə çağırışımızı təkrarlayacam ki, bu səhvdən tez bir zamanda dönsünlər.
Millətimizin bizdən gözləntiləri var. Əvvəlcə Avropa Birliyində Türkiyənin yolunu açın, sonra Finlandiyaya yol açdığımız kimi İsveçin də yolunu açaq”.