
Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçiriləcək sammitində iştirak edəcək.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinin jurnalisti Cennifer Yakobs məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Zelenski NATO liderləri ilə şəxsən görüşmək üçün Vilnüsə gedəcək.
Ukrayna prezidentinin səfəri iyulun 12-də gözlənilir.
Qeyd edək ki, Ukrayna rəsmiləri dünən Zelenskinin sammitdə iştirak edib-etməmək barədə qərar vermədiyini bildirib.