Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin Regionşünaslıq ixtisasının II kurs tələbəsi, tennis üzrə dəfələrlə Azərbaycan çempionu və xarici turnirlərin qalibi, idman ustası Kənan Qasımov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “İTF Word Tennis Tour (Juniors)” adlı mötəbər idman yarışında I yerə layiq görülüb.
Bu barədə Moderator.az-a BDU-dan bildirilib.
“Tələbəmizi təbrik edir, uğurlarının davamını diləyirik!”, – deyə məlumatda vurğulanıb.