NATO ölkələrinin nümayəndələri Vilnüsdə keçirilən sammit zamanı Ukraynanın alyansa daxil olması prosedurunu sadələşdirmək barədə razılığa gəlib.
Modern.az xəbər verir ki, bu barədə yekun qərar qəbul edilib.
Beləliklə , Ukrayana üzvlük üçün lazım olan Fəaliyyət Planının hazırlıq mərhələsini tamamlamaq məcburiyyətində olmayacaq.
“Biz 2008-ci ildə Buxarestdə Ukraynanın NATO-ya üzv olması ilə bağlı üzərinə götürdüyümüz öhdəliyi bir daha təsdiqləyirik”, – qərarda deyilir.
NATO-nun baş katibi Yens Stoltenberq ilkin planın ləğv edilməsini və Ukrayna-NATO Şurasının yaradılmasını Ukraynanın üzvlüyünə doğru “aydın yol” adlandırıb.
NATO-nun Üzvlük Fəaliyyət Planı (MAP) alyansa yeni üzvlərin qəbulu üçün proqramdır. Proqramda siyasi, iqtisadi, hərbi və hüquqi sahələrdə islahatlar öz əksini tapıb.