Neft yenə bahalaşdı

Dünya bazarlarında neft qiymətlərində bu gün artım müşahidə edilib.

Milletinsesi.az xəbər verir ki, ötən gün səhər 63,7 dollara qədər geriləyən “Brent” markalı neftin bir barreli günün ikinci yarısından bahalaşmağa başlayıb, bu gün isə 64,72 dollara qalxıb.

Yüngül neft isə cəmi 0,4 dollar artaraq, 58,62 dollar olub.

Qeyd edək ki, “Saudi Aramko” neftayırma zavodlarına endirilən zərbədən sonra kəskin bahalaşan neft qiymətləri bir neçə gün idi davamlı ucuzlaşırdı.

 

Share: