Zelenski Trüdo ilə görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Vilnüsdə Kanadanın Baş naziri Castin Trüdo ilə danışıqlar aparıb.

 

Modern.az “Ukrinform”a istinadən xəbər verir ki, o, görüşdə müzakirə zamanı birinci məsələnin silah olduğunu vurğulayıb.

 

Ukrayna prezidenti həmçinin NATO sammitinin iştirakçıları ilə danışıqların əsas mövzularını açıqlayıb.

 

“Ordumuz üçün döyüş meydanında yeni yardım paketləri, NATO-ya dəvət və alyansa qoşulmaq yolunda Ukrayna üçün təhlükəsizlik zəmanətləri əsas mövzulardır”, – deyə o qeyd edib.

Mənbə

Share: