“Antihumanist silah arsenalımızı işə salmağın zamanı yetişib”

 

“Kiyevin nasist qruplaşmasını aradan götürmək lazım gələcək…”

 

“Qərb büsbütün ağlını itirib və əbləhlik dərəcəsinədək öncəgörənlik nümayiş etdirib…”

 

Medvedev NATO sammitinin ilkin nəticələri barədə danışıb və növbəti dəfə üçüncü dünya savaşının yaxınlaşması barədə bəyan edib

 

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev iyulun 11-12-də Vilnüsdə keçirilmiş NATO sammitinin ilkin nəticələrini təhlil etmək qərarına gəlib. 

 

Moderator.az xəbər verir ki, bu barədə o, özünün “Teleqram-kanal”ında yazıb.

 

Medvedev Alyansın Ukraynanı Üzvlük üzrə Fəaliyyət Planı (ÜFP) icra olunmadan daxil olması qərarını da diqqətdən kənarda saxlamayıb.

 

“Hər şey düşündüyümüz kimi olub: 1. Alyansda Üzvlük üzrə Fəaliyyət Planı (ÜFP)- ləğv edilsin. 2. 404-cü ölkəni (Ukraynanın dövlət kimi mövcud ola bilməməsini göstərmək üçün sosial şəbəkələrdə rusiyalı istifadəçilərin istifadə etdiyi rəqəm-red.) NATO-ya dəvət edilsin. Amma nə zaman və hansı şərtlərlə qəbul ediləcəyi bəlli deyil. Böyük ehtimalla, heç vaxt qəbul edilməyəcək. Bu, elə Alyansda realistlərin dilə gətirməyə ehtiyyat etdiyidir”, – o, yazıb.

 

Medvedev üçüncü bənd kimi “Kiyev rejiminə” raketlər, kaset yükləri və təyyarələr daxil olan yeni hərbi yardım edilməsini xatırladıb.

 

“Büsbütün ağlını itirmiş Qərb başqa heç nə düşünə bilməyib. Son dərəcə yüksək, əbləhlik dərəcəsindək öncəgörənlikdir. Faktiki olaraq dalandır. Üçüncü dünya savaşı getdikcə yaxınlaşmaqdadır”, – o, əlavə edib.

 

Bundan başqa, Medvedev NATO sammitinin nəticələrinin Rusiya üçün nə demək olduğunu proqnozlaşdırmağa cəhd edib. Maraqlıdır ki, Ukraynanı NATO üzvlüyündən imtina etməyə məcbur etməyi o, artıq icraedilməz məqsəd adlandırıb.

 

“Bütün bunlar bizim üçün nə deməkdir? Hər şey aydındır. Xüsusi hərbi əməliyyat əvvəlki məqsədlərlə davam edəcək. Bu məqsədlərdən biri bizim əvvəlcədən təkid etdiyimiz kimi Kiyevin nasist qruplaşmasının NATO üzvlüyündən imtina etməsidir (bu isə mümkünsüzdür). Deməli, bu qruplaşmanı aradan götürmək lazım gələcək (bu, mümkün və zəruridir). P.S. Məlumat verilir ki, Tokmak şəhəri kaset döyüş sursatları ilə atəşə tutulub. Deməli, bu antihumanist silah arsenalımızı işə salmağın zamanı yetişib”, – o, sözlərinə yekun vurub.

 

Medvedevin Ukraynaya qarşı müharibə haqqında bəyanatları

 

İyulun 9-da Medvedev eyni zamanda Ukraynada üç atom elektrik stansiyasına zərbə endirməklə təhdid edib. Özünün sevdiyi nüvə ritorikasına o, Smolensk stansiyasına zərbə endirmək “cəhdindən” sonra baş vurub.

 

Bundan öncə o, Birləşmiş Ştatlar tərəfindən Ukraynaya kaset döyüş sursatlarının verilməsi səbəbindən təhdidlərə yol verib. Medvedev ABŞ prezidenti Co Baydenı “yuxulu qoca” adlandırmaqdan belə çəkinməyib, ona Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasını xatırladıb və bəyan edib ki, bu, “rüsvayçılıqla qaçış” olub.

Mənbə

Share: