“Priqojin ölümcül xəstədir və onu Putinin qızı müalicə edir…”

“Priqojin ölümcül xəstədir və onu Putinin qızı müalicə edir…”

 

“Bunu Priqojinin şəhərətrafı evində axtarış zamanı aşkar edilən ciddi təchiz olunmuş tibbi kabinet də sübut edir…”

 

“Baş vaqnerçinin sağlamlıq problemlərinin onun qiyama başlamaq qərarına təsir etməsi istisna deyil…”

 

“Vaqner qrupu” özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin qarın boşluğunun xərçəngindən müalicə alıb (onun, guya, düz bağırsağı, anal kanalı və arxa dəliyi zədələnib).

 

Moderator.az xəbər verir ki, bu barədə Priqojinlə uzun illər birgə işləmiş iki əməkdaşı “Proyekt” (“Layihə”) nəşrinə danışıb. Məlumatı “udf.name” nəşri yayıb.

 

Priqojin uzun müddət xərçəngdən müalicə alıb və ciddi terapiya kursu keçib, həmsöhbətlərdən biri deyib. Onun sözlərinə görə, hazırda “şişin əmələ gəlməsi prosesi sanki dayanıb”.

 

Bu xəstəliyi səbəbindən “Vaqner qrupu”nun rəhbəri sağlam həyat tərzi keçirir və ciddi pəhrizə riayət edir. Priqoninin çoxillik əməkdaşlarından biri deyir ki, son zamanlar yalnız bir dəfə onun bir stəkan limonad içdiyini görüb”, – “Proyekt” yazır.

 

Priqojinin sağlamlıqla  bağlı problemlərinin olmasını onun şəhərətrafı evində axtarış zamanı ciddi təchiz edilmiş tibbi kabinetinin olduğu da sübut edir.

 

Bir həftə öncə Rusiya KİV-lərində dərc edilən fotoşəkillərin birində reanimasiya çarpayısı, ağ ciyərlərin süni tənəffüsü üçün aparat, oksigen kondensatoru və dərman maddələri və qida qarışıqlarının avtomatik rejimdə uzun müddət yeridilməsi üçün nəzərdə tutulan perfuzor-şprislərin olduğu otaq əks olunub.

 

Bundan başqa, “Proyekt” layihəsi xatırladır ki, Priqojin “Soqaz” elit klinikasında müaicə alıb və “super VİP” statuslu ilk müştərilərdən biri olub. Bu tibbi müəssisənin Putinin qızı Mariya Vorontsova ilə ümumi layihələri var).

 

Hər halda klinikanın VİP-müştəriləri siyahısında jurnalistlər əvvəllər Dmitri İsakoviç Heyler adlı şəxsin məlumatlarını aşkar edib. “Vaqner qrupu” direktorunun evində axtarış zamanı isə güc strukturları bu adamın adına, amma Priqojinin fotosu olan pasport aşkar edib.

 

Həmçinin baş “vaqnerçi”nin tanışları onun sağlamlıq problemlərinin qiyama başlamaq qərarına təsir edə biləcəyini istisna etməyib.

 

“Bu adamın mədə-bağırsaqları kəsilib”, – yaxınlarından biri söyləyib.

 

“Proyekt” layihəsi Vladimir Putinin orduya rəhbərlik etməyi etimad etdiyi adamın sağlamlıq vəziyyəti barədə məlumatı mühüm hesab edir”, – nəşr yazıb.

Mənbə

Share: