Quterreş Putinə taxıl sazişinin uzadılması ilə bağlı məktub göndərib

Quterreş Putinə taxıl sazişinin uzadılması ilə bağlı məktub göndərib

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiya Prezidenti Vladimir Putinə taxıl sazişinin uzadılması təklifləri ilə bağlı məktub göndərib.

Bu barədə Quterreşin ofisi məlumat yayıb.

Məlumatda deyilir ki, BMT-nin baş katibi taxıl sazişi ilə bağlı təkliflər üzrə Rusiya ilə əməkdaşlığa hazırdır.

BMT-nin məlumatına görə, Quterreşin Putinə məktubunda Rusiya Kənd Təsərrüfatı Bankı vasitəsilə hesablaşmaların aparılması təkliflərinə toxunulub.

“Məqsəd Rusiyanın dəfələrlə təkid etdiyi Kənd Təsərrüfatı Bankı vasitəsilə maliyyə əməliyyatlarına maneələri aradan qaldırmaq, eyni zamanda Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının davam etdirilməsinə icazə verməkdir”, – Quterreşin ofisindən bildirilib.

Mənbə

Share: