Avroliqada həftənin ən yaxşısı adına 4 namizəd

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.

Qol.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, namizədlər siyahısında  Bukayo Saka (“Arsenal”), Klaudiu Keşeru (“Ludoqorets”), Nikolo Zaniolo (“Roma”) və Kevin Bua (“Bazel”) yer alıb.

Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, bu həftənin ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.

Share: