Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı

Azərbaycanlı hakim Konfrans Liqasına təyinat aldı

FIFA referisi Rauf Cabarov UEFA-dan yeni təyinat alıb.

 

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının birincin təsnifat mərhələsində iyulun 20-də keçiriləcək “Vlajniya” (Albaniya) –  “Linfild” (Şimali İrlandiya) qarşılaşmasının baş hakimi olacaq.

 

Ona yan xətdə Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Mənbə

Share: