
“Belə əldəqayırma qurğuların hədəfə çatmamış detonasiya etməsinə rəğmən, çox güclü partlayışlar törədir və düşmənə psixoloji təsir göstərir…”
“Rusiyanın Ukraynaya qarşı müharibəsində çeçenlər hər iki tərəfdə döyüşür…”
Rusiyalı hərbçilər cəbhədə köhnəlmiş zirehli avtomobillərdən əldəqayırma partlayıcı qurğular kimi istifadə edir. Onlar bu avtomobillərə tonlarla partlayıcı maddə yükləyərək onları düşmən tərəfə yönəldir və hədəfə çatanadək onlardan tullanıb düşürlər.
Moderator.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının yeni hesabatında deyilir.
Rusiyalılar tərəfindən “partlayış talanları”ndan istifadə edilməsi əksəriyyət hallarda Donetsk yaxınlığında Maryinka rayonunda qeydə alınıb. Və bu, “kadırovçular”ın oraya gəlişindən bir neçə gün sonra baş verib.
“Məhz çeçen qüvvələrinin bu taktikanın təşəbbüskarı olduğu barədə gerçək imkan mövcuddur”, – Britaniya kəşfiyyatı güman edib.
Ekspertlər qeyd edib ki, çeçen qüvvələri təkərlər üzərində əldəqayırma partlayıcı qurğulardan hələ 1990-cı illərin çeçen müharibələri zamanı istifadə edib. Həmçinin məlumat verilib ki, “kadırovçular” belə “partlayış taranları”ndan 2023-cü ilin yanvarında Ukraynada istifadə edib.
“Rusiyanın əksəriyyət əldəqayırma partlayıcı qurğuları tankəleyhinə minalar və birbaşa atəşin kombinasiyası ucbatından hədəfə çatmamış detonasiya edir, bu da belə partlayıcı qurğuların tətbiqinin məqsədəuyğun olmasını şübhə altına alır”, – Britaniya Müdafiə Nazirliyi bu qənaətə gəlib.
Lakin belə əldəqayırma “döyüş sursatları” fövqəladə dərəcədə güclü partlayışlar törədir, bu da düşmənin müdafiə edilən qüvvələrinə hələ də psixoloji təsir göstərə bilir, ekspertlər əlavə edib.
Çeçenlər müharibədə
Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsində çeçenlər hər iki tərəfdə döyüşür. Şeyx Mansur adına tabor Ukraynanın şərqində müharibədə 2014-cü ildən Ukrayna Silahlı Qüvvələrinin tərəfində iştirak edir və əsasən Rusiya-Çeçenistan müharibələrindən sonra Rusiyadan mühacirət edən çeçenlərdən ibarətdir.
Bundan başqa, Ahmat Kadırova sadiq olan qoşunlar da müharibədə iştirak edir, onlar sosial şəbəkələrdə postları ilə tanınır, bu səbəbdən də onları, adətən, “Tik-Tok”çular adlandırırlar.
Bundan öncə “Bloomberg” məlumat verib ki, Moskva “Vaqner qrupu” muzdlularının özlərindən sonra yaratdıqları qıtlığı doldurmaq üçün Ukraynaya daha çox “kadırovçular” və məhbuslar göndərməyə hazırlaşır.