
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 236 040 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 092 tank, 7 999 zirehli maşın, 4 425 artilleriya sistemi, 678 reaktiv yaylım atəşi sistemi, 421 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 310 helikopter, 3 752 PUA, 1 271 qanadlı raket, 18 gəmi/qayıq, 6 995 avtomobil texnikası və avtosistern, 652 xüsusi texnikadan ibarətdir.
Xatırladaq ki, Ukraynada müharibə 2022-ci il fevralın 24-də başlayıb.