
“Ermənistanın XİN rəhbərinin paylaşımı riyakarlıqdan başqa bir şey deyil”.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tviterdə Ermənistanın xarici işlər naziri Arart Mirzoyanın paylaşımına münasibət bildirərkən qeyd edib.