AZAL-ın gecikmiş reysi İstanbula yola salındı

AZAL-ın gecikmiş reysi İstanbula yola salındı

“Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) texniki səbəbdən gecikmiş J2 75 reysinin sərnişinləri digər təyyarə ilə saat 13:46-da Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uğurla yola düşüblər.

 

AZAL-dan Modern.az-a verilən məlumata görə, Həmçinin İstanbul-Bakı marşrutu üzrə gecikmiş reysin uçuşu Bakı vaxtı ilə saat 16:50 həyata keçiriləcək.

 

***

11:44

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-İstanbul marşrutu üzrə həyata keçiriləcək J2 75 reysi texniki səbəbdən gecikir.

 

Modern.az-a bu barədə AZAL-a istinadən xəbər verir.

 

Məlumata görə, sərnişinlər yaxın zamanda digər təyyarə ilə yola düşəcəklər.

 

Əlavə suallar üçün aviaşirkətin çağrı mərkəzinə callce[email protected] elektron poçtu vasitəsilə müraciət etmək olar.

Mənbə

Share: