İdarə rəisi icra başçıları ilə silsilə görüşlər keçirir

İdarə rəisi icra başçıları ilə silsilə görüşlər keçirir

Moderator.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov bir sıra rayonların icra başçıları ilə silsilə görüşlər keçirib.

 

İdarə rəisi 11 iyul 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Tariyel İbrahimov, 12 iyul 2023-cü il tarixdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, 13 iyul 2023-cü il tarixdə isə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovla görüşüb.

 

Görüşlər zamanı rayonda yeniyetmə, gənclər və idmançılarla təşkil olunacaq layihələr, tədbirlər və sair işlər müzakirə edilib, ətraflı fikir mübadiləsi aparılıb.

 

Xatırladaq ki, Nəcəf Novruzov uzun müddət Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışıb, Bakı şəhərində təqdirlə qarşılanan bir-birindən maraqlı çoxsaylı layihələr həyata keçirib.

 

25 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalanıb. Fərmana uyğun olaraq, Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Fərid Qayıbovun müvafiq əmri ilə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Novruzov Nəcəf Əhməd oğlu Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

 

Seymur ƏLİYEV

Mənbə

Share: