Xaricdə təhsil alan həkimlərə yüksək MAAŞ VERİLİR

Xaricdə təhsil alan həkimlərə yüksək MAAŞ VERİLİR

Xarici ölkələrdə (Avropa İttifaqı ölkələri, Amerika Birləşmiş Ştatları, Türkiyə Cümhuriyyəti) müxtəlif ixtisaslar üzrə təhsil almış 72 həkim-mütəxəssis TƏBİB tabeli 15 tibb müəssisəsində əmək müqaviləsi əsasında daimi olaraq işə qəbul edilib.

 

Modern.az xəbər verir ki, bunu TƏBİB-in Strateji təhlil və inkişaf departamentinin Strategiya və layihələr şöbəsinin müdiri Fəqan Həsənzadə deyib.

 

Onun sözlərinə görə, işə qəbul edilən cərrahi və radioloji profilli ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı 6 500 manat, terapevtik və pediatrik ixtisaslardan olan həkim-mütəxəssisin minimum əməkhaqqı isə 5 000 manat təşkil edib.

 

Qeyd edək ki, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” həyata keçirilib. Proqram yaxın zamanlarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədrinin qərarı ilə 1 il müddətinə uzadılıb.

Mənbə

Share: