![]()
“Putin Krım körpüsündə təmir işlərinin təşkili barədə göstəriş verib”.
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
“Putin Krım körpüsünə hücumla bağlı hesabatları dinləyib”, – o bildirib.
“Moskvanın Vaşinqton və Londonla diplomatik əlaqələrini kəsmək ehtimalı yoxdur, dialoq kanallarına ehtiyac var. Rusiya Federasiyası Ukraynanın NATO və Vaşinqtondan nə qədər məlumat aldığını mükəmməl bilir, burada heç bir illüziya yoxdur”, – Peskov əlavə edib.


