“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan”dan növbəti transfer

“Araz-Naxçıvan” futbol klubu növbəti transferini reallaşdırıb.

 

Modern.az xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı Vanderson Kavalkante Melo ilə anlaşıb.

 

İyirmi doqquz yaşlı dayaq yarımmüdafiəçisi ilə 1 mövsümlük müqavilə imzalanıb.

 

Qeyd edək ki, Vanderson Kavalkante Melo son olaraq Ukraynada “Çernomorets”də çıxış edib.

Mənbə

Share: