Xankəndidəki qanunsuz rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan həbsdən evə buraxılıb.
Modern.az xəbər verir ki, bu barədə onun vəkili Rafael Martirosyan bildirib.
Məlumata görə, Qarabağdakı qondarma məhkəmə Balasanyanın həbsi ilə bağlı vəsatəti rədd edib və onun azad olunmasına qərar verib.
Martirosyan bildirib ki, Balasanyan hazırda xəstəxanada müalicəsini davam etdirir.
Qeyd edək ki, iyulun 14-də Vitali Balasanyan və oğlu kredit dələduzluğunda ittiham olunaraq saxlanmışdı. Saxlanılan zaman döyülən erməni generalın səhhətində problemlər yaranmışdı.
Qeyd edək ki, Balasanyan bir müddət qondarma qurumun “təhlükəsizlik şurasının katibi” olub. O, Xocalı qatili kimi tanınır.