Xəbər verdiyimiz kimi, millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyub.
Milletinsesi.az xəbər verir ki, vəsiqələrdən biri Təranə Fətəliyevaya, digəri isə Xatirə Nəcəfovaya girov olaraq verilib.
Onu da qeyd edək ki, həmin vəsiqələr III və IV çağırış Milli Məclisin vəsiqələridir. Daha aydın olmaq üçün belə qeyd edək ki, vəsiqələrin istifadə müddəti bitib. Deputat istifadəyə yararsız vəsiqələri sözügüdən xanımlara girov kimi verməklə onları aldadıb.
Vəsiqələrin fotolarını təqdim edirik: