Cari ilin yanvar-iyun aylarında sahibkar qadınların 29,2 faizi Bakıda, 10,3 faizi Lənkəran-Astara, 9,5 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib.
Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, fərdi sahibkarların cins tərkibinin regionlar üzrə say bölgüsündən aydın olur ki, Qazax-Tovuz (27,2 faiz), Gəncə-Daşkəsən (25,5 faiz), Naxçıvan Muxtar Respublikası (24,8 faiz), Bakı (24,2 faiz), Lənkəran-Astara (22,5 faiz) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.