Ermənistan Rusiyaya avtomobil ixracı 200 dəfə artıb

Ermənistandan Rusiyaya avtomobil ixracı təkcə yanvarda 200 dəfə artaraq 180 milyon dollara çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Financial Times” material dərc edib.

 

Nəşr yazır ki, avtomobillər Gürcüstanın Poti limanından gətirilir. Sonra Rusiya Federasiyası ilə rüsumsuz ticarətin olduğu Ermənistanda gömrük rəsmiləşdirilməsindən keçirlər.

 

Məlumata görə, Rusiya istehlakçıları Qərbin sanksiyaları səbəbindən üçüncü ölkələrdə böyük alış-verişlər edirlər: “Bu, Ermənistan, Türkiyə və Qazaxıstan kimi ölkələri yeni ticarət yolunun mərkəzinə çevirib”.

Mənbə

Share: