Rəhbərliklə bütün işgüzar əlaqələrim bitib

“Mənim AY Partiya rəhbərliyi ilə bütün işgüzar əlaqələrim bitib”.

 

Modern.az xəbər verir ki, bunu fəaliyyəti dayandırılan Azərbaycan Yüksəliş Partiyasının başqan müavini, tanınmış jurnalist Gülşən Hacıyeva bildirib.

 

O sosial şəbəkə hesabında bununla bağlı açıqlama yayıb.

 

“Bir mövzuya aydınlıq gətirmək istəyirəm. Xeyli vaxtdır, dostlarımız, tanıdıqlarımız hazırda nə işlə məşğul olduğumu soruşurlar.

 

Azərbaycanda siyasi prosesləri izləyənlər bilir ki, rəhbərliyində təmsil olunduğum Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) bu ilin iyununda fəaliyyətini dayandırıb. Təəssüf ki, qurulmasında, tanınmasında böyük əmək verdiyim bu təşkilatla bağlı gözləntilər özünü doğrultmadı. Ortada bəzi iddiaların olduğu məlumdur, zamanla hər şey tam aydınlaşacaq. Mənim AY Partiya rəhbərliyi ilə bütün işgüzar əlaqələrim bitib.

 

Bildirim ki, indiyədək olduğu kimi, bundan sonra da dövlətimin yanındayam. Harada olmağımdan asılı olmayaraq, dövlətçiliyimizə xidmətə davam edəcəyəm. Dövlətimin etibarlı əllərdə olmasından tam əminəm. Belə olmasaydı, torpaqlarımız 30 illik işğaldan qurtulmazdı.

 

Fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bəzi düşüncələr, təkliflər, planlar var. Yaxın zamanlarda qərarımı verib, fəaliyyətə başlayacağam”, – açıqlamada qeyd edilib.

Mənbə

Share: