Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılmasına dair sənəd imzalanıb

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının bu gün Şuşada keçirilən 12-ci iclasında Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Özbəkistanın Yenidənqurma və İnkişaf Fondu arasında Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin yaradılması və energetika sahəsində əməkdaşlığın inkişafına dair sənədlər imzalanıb.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında məlumat verib.

“Sənədlərin icrası iqtisadi tərəfdaşlığımızı və iki ölkənin biznes subyektləri arasında əlaqələri gücləndirəcək”, – deyə o qeyd edib.

Mənbə

Share: