Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi bəlli olub.
Moderator.az-ın məlumatına görə, Azərbaycan çempionu ilk matçında Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək.
Avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Vitali Borisovun baş məşqçi olduğu kollektiv avqustun 24-də eyni saatda Almaniyanın “Jahn Regensburq” klubunu sınağa çəkəcək.
“Araz Naxçıvan” avqustun 26-da Bakı vaxtı ilə saat 18:00-da Latviyanın “Riqa” komandası ilə görüşəcək.
Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.