
Gürcüstanda bir neçə dəfə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Tbilisi vaxtı ilə saat 02:38-də baş verən birinci zəlzələ 3,2 bal gücündə olub. Zəlzələnin episentri Kaxeti bölgəsinin Dedopliscğaro bələdiyyəsi ərazisində qeydə alınıb.
İkinci zəlzələ 04:54 radələrində baş verib. 3,1 bal gücündə olan zəlzələnin episentri Kvemo Kartli bölgəsinin Dmanisi bələdiyyəsi ərazisində olub.


