Bakıda soyğunçuluqla məşğul olan yeniyetmə tutulub.
Milletinsesi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də Binəqədi RPİ 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun daha 3 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilib.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.