
Nəticələri baxımından həyati əhəmiyyət daşıyan Taxıl sazişinin davam etdirilməsi bəşəriyyətin xeyrinədir.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Rusiyanın müəyyən gözləntiləri var, əgər bunlar həyata keçərilərsə, Rusiya taxıl dəhlizinin aktiv fəaliyyət göstərməsinin tərəfdarıdır.
“İnanıram ki, proses uzanmadan Qara Dəniz Taxıl Təşəbbüsünün davamını təmin edəcəyik”, – Ərdoğan bildirib.


