UEFA-dan sərt cəza

UEFA “Ayntraxt”ın hücumçusu Ante Rebiçə sərt cəza tətbiq edib.

Qol.az “FOX Sports”a istinadla xəbər verir ki, buna onun “Strasbur”la Avroliqanın pley-off təkrar matçında hakimi təhqir etməsi səbəb olub. Alman klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşan həmin görüşün 44-cü dəqiqəsində xorvat futbolçu birbaşa qırmızı vərəqə alıb. Bundan sonra isə o, referi barədə qeyri-etik ifadələr işlədib.

UEFA İntizam Komitəsinin qərarına əsasən, Rebiç 5 oyunluq cəzalandırılıb.

Share: