Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, iyulun 24-də Tehranda olacaq.
Səfər çərçivəsində Ermənistan və İran XİN başçılarının görüşü, mətbuata birgə bəyanat nəzərdə tutulur.