Gürcüstan Prezidenti Salome Zurabişvili Rusiyanın Odessaya kütləvi raket hücumuna reaksiya verib.
Bu barədə dövlət başçısı tviterdə yazıb.
Zurabişvili vurğulayıb ki, Rusiya Odessaya hücum etməklə növbəti hərbi cinayət törədib.
“Mən UNESCO-nun Ümumdünya İrs Siyahısına – Odessaya və onun mülki əhalisinə edilən hücumları, beynəlxalq hüququn bütün normalarının kobud şəkildə pozulmasını qəti şəkildə pisləyirəm”, – o, sosial şəbəkədə qeyd edib.