Polşada Ukrayna tanklarının təmirinə başlanılıb 

Polşada Ukrayna ordusunun müharibə zamanı zədələnən “Leopard” tanklarının təmirinə başlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçek məlumat yayıb.

 

Bildirilir ki, ilk iki tank artıq Ukraynadan Polşaya gətirilib.

 

Təmir mərkəzi may ayında açılmalı idi, lakin Varşava Berlinlə texniki xidmət və təmir xərcləri ilə bağlı fikir ayrılıqları yaşadığına görə proses gecikdi.

Mənbə

Share: