Yunanıstanın Rodos adasında 6 gündür davam edən meşə yanğını səbəbindən ümumilikdə 19 min insan təxliyə edilib.
Bu barədə yerli media məlumat yayıb.
Alov sahilyanı ərazilərə çatdıqca çətin mübarizə davam edir.
Çox sayda ev və hoteldə qalanlar təxliyə edilib.
Səlahiyyətlilər təxliyə edilənlərin hotellərə, qapalı stadionlara, konfrans mərkəzlərinə və məktəb binalarına yerləşdirildiyini və bunun Yunanıstanın həyata keçirdiyi ən böyük təxliyə əməliyyatı olduğunu bildirib.