Netanyahu xəstəxanadan buraxıldı

İsrailin Baş naziri Benyamin Netanyahu ürəyinə kardiostimulyator qoşulduqdan sonra xəstəxanadan buraxılıb.

 

Modern.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

 

Eyni zamanda, bu gün İsrail parlamentində hüquq islahatlarına dair ikinci və üçüncü oxunuşlarda səsvermə keçiriləcək. Bununla bağlı ölkədə minlərlə şəxsin iştirakı ilə etiraz aksiyaları keçirilir. Netanyahunun bu gün Knessetə gəlib-gəlməyəcəyi hələ məlum deyil.

Mənbə

Share: