Naxçıvanda bir qrup səhiyyə işçisi vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikası (NMR) Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin bir qrup işçisi vəzifəsindən azad edilib.

 

“Report”un yerli bürosu xəbər verir ki, NMR Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyində yoxlamalar aparıb və bir çox qanun pozuntuları aşkar edilib.

 

Məlum olub ki, Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin kompüter operatoru Birliyin digər bir qrup işçisi ilə birgə müəssisədə müəyyən maraqlar əsasında müəssisənin normal iş rejimini pozub, təsirində saxladığı şəxslərlə birlikdə Birliyin həkim və digər işçilərinə qarşı fiziki, psixoloji təzyiqlər göstərərək cinayət xarakterli əməllərə yol verib.

 

Mənbə

Share: