Məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddəti 5 ildən 3 ilə endirilib.
Millətin Səsi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.
Qeyd edək ki, qanuna dəyişikliklər təsdiqlənməzdən əvvəl ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirdilər.