Fələstin Prezidenti Mahmud Abbas Türkiyəyə səfər edib.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutub.
Mahmud Abbası Esenboğa hava limanında bir çox rəsmi şəxslər qarşılayıb.
O, sabah Ərdoğanla görüşdə Türkiyə-Fələstin münasibətləri, İsrail-Fələstin münaqişəsindəki son proseslər və digər aktual, regional və beynəlxalq məsələləri müzakirə edəcək.