Prezidentdən icra başçısı ilə bağlı – Sərəncam

Prezident İlham Əliyev Musa Şəkiliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, M.Şəkiliyev Qax Rayon İcra Hakimiyyətinin başçısıdır. Sentyabrın 23-də onun 60 yaşı tamam olur.

 

Share: