Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı paylaşım edib

Fərid Qayıbov Gənclər və İdman Nazirliyinin yaradılmasının ildönümü ilə bağlı paylaşım edib

Gənclər və idman naziri Fərid Qayıbov qurumun yaradılmasının 29-cu ildönümü ilə bağlı paylaşım edib.

F.Qayıbov Gənclər və İdman Nazirliyinin 1994-cü il iyulun 26-da Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradıldığını bildirib.

“Artıq 29 yaşımız tamam oldu və bu o deməkdir ki, gənclik yaşımızdan çıxdıq. Daha təcrübəli, daha güclü olmuşuq. Bu illər ərzində Gənclər və İdman Nazirliyinin fəaliyyətində əməyi olan hər bir kəsi təbrik edirəm” – deyə, nazir vurğulayıb.

Mənbə

Share: