Ağır qəza törədən polis rəisi işdən çıxarıldı

 

Şəmkir Rayon Polis Şöbəsinin Kür Polis Bölməsinin rəisi, polis polkovniki Ədalət Sadıqov vəzifəsindən azad edilib.

Milletinsesi.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsinə keçirilib.

Qeyd edək ki, ötən ilin avqustunda Ə.Sadıqov ölümlə nəticələnən yol qəzası törətmişdi. Belə ki, polis polkovniki gecə saatlarında “KİA” markalı avtomobillə Tovuz rayonu istiqamətində hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Samir Sadıqovu vurmuş və piyada həyatını itirmişdi.

Xatırladaq ki, bu barədə ilk məlumatı unikal.az yayıb.

Mənbə

Share: