İllərin ağrısı bu xəstəxanada bitir

Qadınlar dünyada hər şeyin ən yaxşısına layiqdirlər. Qadın anadır, bacıdır, xanımdır, bibidir, xaladır, qızındır, eşqdir, məhəbbətdir, yaşam səbəbidir.
Hər yerdə yükün çətini qadınlara düşür. Ən çətini xəstəxanalardadır. Yaxın palatada əməliyyatdan çıxan bir yaşlı kişi yatır. Ağrıları daha çoxdur. Bəzən qışqırır, bəzən çağırır, bəzən də nalayiq danışır. Səsi gələn kimi iki-üç xanım həkim xidmətində farağat dayanır. Biri yatağını dəyişir, biri qida,su verir, biri dərman verir, biri otağını təmizləyir. Hamısı da səbrlə, təmkinlə, nəvazişlə.. bəlkə də evdə ailələrinə belə xidmət göstərmirlər.
Əməliyyatdan çıxmışam. Ağrılarım dözülməzdi. İmkanım olsaydı, özümü pəncərədən atardım.(az bilmirlər ki, balkona çıxış qapını bağlayıblar))). Gözümü açanda başımın üstündəki ağ xalatlı həkimlər . Hamısı da qadınlar ,ah ,qadınlar, sizin haqqınızı necə ödəyəcəyik? biri termometr qoyur, biri təzyiq ölçür, biri dərman verir, biri əlində qab, “ayaqyolu ehtiyacların var” deyə soruşur. Utanırsan, əvvəl istəmirsən. Baxırsan ki, burda anan yox, bacın yox, xanımın yox, bir yaxın qohumun yox. Çarən yox,onları anan, bacın kimi qəbul edib xidmətlərini qəbul edirsən. Elə bilirsən ,xidmətində mələklər durub, səni cəhənnəmdən cənnətə aparmaq istəyirlər.
Şöbədə 26 palata var. Hər palatda da iki-üç xəstə yatır. Hər növbədə dörd, ya da beş tibb bacısı çalışır.
Amma bütün xəstələrə baxımları qüsursuz və vaxtındadır.

Ən öndə Leyli, sonra Aidə, Gülşən, taa Tomaya qədər. Növbələr tez-tez dəyişir. Hər kəs işini və vaxtını dəqiq bilir. Kim kimə nə deyirsə, cavabı baş üstə.

Rasim Quliyevin cərrahlığı qədər yaratdığı sistemdə də zərgər dəqiqliyi var. Bəzi nöqsanlar var; həkimlərdən yaşlısı və xasiyyəti bir az kobud olannı da var. Baş həkimin etinasızlığı.. xəstəxanada olduğum müddətdə bir dəfə də olsun mənlə və mənə yaxın palatada yatanlarla bir dəgə olsun beıə maraqlanmayıb. Yalnız öz xəstələri ilə… Amma bunlara görə bütün işləri qaralamaq olmaz.

Neyrocərrahiyə xəstəxanası mənə doğma yer olub. Çox imkansız xəstələrin xahişini eləmişəm xəstəxananın keçmiş baş həkimi Kabus müəllimdən; hamısını da təmənnasız Allahın izni ilə sağlamlığına qovuşdurub. Onun məsləhəti ilə də Rasim doktora sağlamlığımı etibar etdim. Şükür ki, hər şey yaxşılığa doğru gedir. Əslində Kabus Doktor 11 il əvvəl Rasim diktorlar birgə mənim sağalmağımı yalnız fiksasiyada görürdülər. Mən qorxurdum. Düz 11 ilim, külli miqdarda pulum getdi. Ara həkimi, fizyoterapist, neyrocərrah, sınıqqcı, dartan, asan, yelkələyən, dəri qoyan, palçıq yapışdıran, qır yapışdıran, blok eliyən, Türkiyə, İran, Ukayna, Gürcüstan və sayları yaddan çıxan necə-neçə dələduzlar.

Əslində, əməliyyata iki həftə əvvəl girməliydim. Cərrahiyə üçün vacib olan “Anklav” aparatı işləmirdi. Ən müasirinin quraşdırılacağını deyirdilər. Həmin aparat xəstəxananın həyətinə də gətirilib. Quraşdırılmadan geri qaytarılıb. Amma çox təəssüf, hələ də xəstəxanaya təhvil verilmir. Niyəsini TƏBİB desin. Bu gün palataları gəzən TƏBİB-in nümayəndəsinə də dedim.
Hər gün yüzlərə insanı qəpik-quruş hesabına ağır əməliyyatlarla sağlamlığına qovuşduran xəstəxana niyə köhnə aparatla işləməlidi? Yoxsa onu da özələ satdılar. Yatdığım bu həftə ərzində onlarla ağrılı, əyri gəzərək gələn xəstələr sağalaraq evlərinə gülə-gülə gedirlər.  Bu xəstəxanada illərin ağrısı bitir. İnşallah mənim də ağrım bitər.

Talıb Əhədov

Share: