İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin vitse-prezidenti Cevdət Yılmazla ticarət dövriyyəsinin artırılması istiqamətində həyata keçirilən işləri müzakirə edib.
Bunu nazir tviter hesabında bildirib.
“Strateji tərəfdaşlığının və müttəfiqliyinin ən yüksək zirvəyə çatdığını məmnunluqla vurğuladıq. İqtisadi əməkdaşlığın perspektivləri barədə fikirlərimizi bölüşdük”, – deyə o qeyd edib.