Dünya və Avropa çempionu ağır zədəyə görə karyerasını başa vurdu

İspaniya millisinin sabiq futbolçusu David Silva karyerasını başa vurub.

“Real Sosyedad”da forma geyinən 37 yaşlı yarımmüdafiəçi bir müddət əvvəl aldığı ağır zədə səbəbindən bu qərarı verib.

İspaniyanın “Valensiya” klubunun yetirməsi olan D.Silva 2020-ci ildə “Real Sosyedad”a keçməzdən öncə ölkəsində “Eybar”, “Selta” və İngiltərədə “Mançester Siti”nin formasını geyinib. “Şəhərlilər”in əfsanələrindən hesab olunan futbolçu 10 il ərzində dörd dəfə İngiltərə çempionu olub, Federasiya və Liqa Kubokunu qazanıb.

 

İspaniya millisində 125 matç keçirən yarımmüdafiəçi yığmanın heyətində 2008 və 2012-ci illərdə Avropa, 2010-cu ildə dünya çempionu olub. O, karyerası ərzində ümumilikdə 20 titul əldə edib.

Mənbə: Mirror

Mənbə

Share: