Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti yoxlama oyununu keçirib.
Rəşad Sadıqovun baş məşqçi olduğu komanda üçüncü sınağında yerli “Kocaelispor”la üz-üzə gəlib.
“Fenerbahçe Topuk Yaylası”nın meydançasında təşkil olunan qarşılaşmada qapılara qol vurulmayıb.
Qeyd edək ki, “Zirə” daha əvvəl keçirdiyi yoxlama oyunlarında Türkiyənin “Karagümrük” komandası ilə qolsuz, Tanzaniyanın “Simba” klubu ilə isə 1:1 hesablı heç-heçə edib.