Samux rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, rayonun Çobanabdallı kəndində “Mercedes-Benz” markalı yük avtomobilinin yanar hissələri və banında kapron çəlləklərə yığılan 1,5 ton işlənmiş yağ yanıb.
Yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 3 000 kvadratmetr olan istixananın polietilen üzlüyü 100 kvadratmetr sahədə əriyib. İstixananın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.