Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər

Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər

 

Milletinsesi.az xəbər verir ki, Polşa və Litva Belarusla sərhədi tamamilə bağlaya bilər.

Bu barədə Litvanın xarici işlər nazirinin müavini Arnoldas Abramaviçus deyib.

O bildirib ki, buna səbəb Belarusdakı “Vaqner” Xüsusi Hərbi Şirkətinin ehtimal edilən təxribatlarıdır: “Onlar özlərini qaçqın və qeyri-qanuni miqrant kimi təqdim edərək t’xribata əl ata bilərlər”.

Qeyd edək ki, son günlər “Vaqner”çilərin kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.

Mənbə

Share: